Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, pingdom veb-monitorinq şirkətinin təqdim etdiyi hesabata əsasən 2010-cu ildə Qlobal şəbəkədə 107 trilyon email göndərilib.
Hesabatda qeyd edilir ki, 2010-cu ildə Qlobal şəbəkədə 1,97 milyarda yaxın internet istifadəçisi fəaliyyət göstərib. Hər gün orta hesabla 294 milyard elektron məktub göndərilib, onların təqribən 89 faizi spamdır. Ümumilikdə, dünyada 2,9 milyon elektron poçt ünvanı və 152 milyon bloq qeydiyyatdan keçib. Hesabatda həmçinin qeyd edilir ki, 2010-cu ildə şəbəkədə 255 milyon sayt fəaliyyət göstərib. 2009-cu ilin nəticəsi ilə müqayisədə bu göstərici 21,4 milyon çoxdur. Qeyd edək ki, Netcraft analitik şirkətinin məlumatına əsasən 2010-cu ilin sonunda şəbəkədə 273,3 milyona yaxın sayt fəaliyyət göstərib. Pingdom analitik şirkətinin məlumatında bildirilir ki, .com domen zonasında təqribən 88 milyon, .net zonasında 13,2 milyon, .org zonasında 8,6 milyon, milli domen zonalarında isə (ru, de, fr, cn və başqalarında) 79,2 milyon domen adı qeydiyyatdan keçib.
Şirkətin hesabatında ilk dəfə olaraq, Twitter və Facebook servisləri haqqında da statistik məlumatlar öz əksini tapıb. Belə ki, hesabatda bildirilir ki, Facebook sosial şəbəkəsində il ərzində 250 milyon, Twitter servisində isə 100 milyon yeni istifadəçi adı qeydiyyatdan keçib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri