Previous Next
Bağla

Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

06-06-2015 12:25
Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

“Verisign” şirkəti tərəfindən hazırlanan domen sənayesinin inkişafına dair hesabata (Domain Name Industry Brief) görə, 2014-cü ilin dördüncü rübündə internetə dörd milyon domen adı əlavə olunub.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, artım ötən ilin üçüncü rübünə nisbətdə 1,3 faiz təşkil edib.

Məlumata əsasən, 31 dekabr 2014-cü ilə olan vəziyyətə görə, dünyada domenlərin ümumi sayı 288 milyon olub. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz yüksəlib.

İllik hesablamada yeni domenlərin artımı 2013-cü ildə 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz yüksəlib. 2014-cü ilin dördüncü rübündə “.COM” və “.NET” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı təşkil edib (115,6 milyon .COM və 15 milyon .NET). İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə olunub, lakin 2012-2011-ci illərdə müvafiq olaraq 8 və 7,9 milyon təşkil edib. Qeydiyyata alınan adların sayına görə ən böyük domen zonalarının vəziyyəti üçüncü rüblə müqayisədə cüzi dəyişib. Belə ki, “.NL” (Niderland) domeni “.info” domeninin ən böyük domenlərin aşağı pilləsinə enməsi nəticəsində onuncu yerdən doqquzuncuya düşüb. 

Yüksəksəviyyəli 10 ən böyük domendən (TLD) ".TK” (Tokelau) yüksək artım nümayiş etdirib (rüblük hesablamada 4 faiz). Yüksəksəviyyəli ən böyük domenlərin bütün qeydiyyatdan keçmiş domenlərdə payı 67,2 faiz təşkil edir. 2014-cü ilin dördüncü rübünün sonunda özək zonasında 478 yeni domen qeydiyyatdan keçib ki, bunun da 65-i həmin ilin dördüncü rübündə verilib. Yeni yüksəksəviyyəli domenlərdə qeydiyyatın sayı 3,6 milyon və ya ümumi qeydiyyat sayının 2,3 faizini təşkil edib.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qeydiyyatdan keçən domenlərin sayı artır

03-07-2015

Qeydiyyatdan keçən domenlərin sayı açıqlandı

03-04-2015

Qeydiyyatdan keçən domenlərin ümumi sayı açıqlanıb

21-09-2015

Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015

“.COM domeni xaricdə populyarlaşır”

27-10-2015

Azərbaycanın neçə internet saytı var?

08-12-2014

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013

.ru zonasında 5 milyon domen qeydə alınıb

07-11-2015

Qeydiyyata alınan domenlərin sayı açıqlanıb

24-07-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Azərbaycan domenində saytların sayı artıb

07-01-2018

az. zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artır

22-06-2010

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək

06-03-2013

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

02-07-2019

Azərbaycanda 10min 036 milli domen adı qeydiyyatdan keçib

25-05-2010

Azərbaycan domenində olan saytların sayı artıb

02-07-2015

2010-cu ildə Qlobal şəbəkədə 107 trilyon email göndərilib

19-01-2011

Az domeni ilə qeydiyyatdan keçən veb-saytların sayı artıb

01-10-2019

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010

Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi artıb

12-01-2015

Azərbaycanda sayt açmaq istəyənlərin nəzərinə...

04-01-2011

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015

“İCANN” insanların İnternet trendləri ilə bağlı biliklərini yoxlayıb

03-06-2015

Azərbaycan domenində saytların sayı 6,7 faiz artıb

05-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə