Previous Next
Bağla

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021 17:49
Azercell-dən avtomatik balans artırılması imkanı

“Birbank” mobil tətbiqində lider operatorun abunəçiləri üçün avtomatik ödənişxidməti yaradılıb

5 milyondan artıq abunəçinin seçimi olan “Azercell Telekom” istifadəçilərinin həyatını rahatlaşdırmaq üçün yeni texnoloji həlləri hazırlamaqda davam edir. Gündəlik iş və məişət qayğıları bəzən mobil nömrənin balansına vaxtlı-vaxtında nəzarət etməyə əngəl törədir. Məhz bu prosesi sadəlişdirmək üçün Azercell-in təqdim etdiyi növbəti yenilik bütün Azercell Fakturasız Xətt abunəçilərinə öz nömrələrində balansı avtomatik artırmağa imkanını verir.

Noyabr ayından etibarən Azercell şirkəti “Kapital Bank” ASC-nin “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verməklə abunəçiləri üçün mobil tətbiqə bağlı olan bank kartı hesabından avtomatik qaydada nömrəsinin balansına ödənişləri həyata keçirməyi mümkün etdi.

Ödənişləri bir neçə meyara uyğun olaraq tənzimləmək mümkündür. Abunəçi istərsə, ödəniş üçün müəyyən tarix seçə bilər. Bu zaman hər ay həmin tarixdə nömrənin balansı avtomatik olaraq “Birbank” tətbiqində qeydiyyatda olan bank hesabından artırılacaq.

Avtomatik ödəniş üçün digər meyar - mobil nömrənin balansının minimum müəyyən edilmiş həddə çatması ilə bağlıdır. Bu funksiya seçildiyi halda, nömrənin balansı həmin həddə çatdıqda, avtomatik olaraq ödəniş baş tutacaq.

Abunəçi avtomatik ödəniş üçün mobil nömrə balansının son istifadə tarixini də seçə bilər. Abunəçilər bu xidməti aktivləşdirmək üçün “BirBank” mobil tətbiqində müvafiq imkanlardan birini seçməlidirlər. Qeyd edək ki, bu imkan ilk olaraq Azercell Fakturasız Xətt abunəçiləri üçün istifadəyə verilib.

Avtomatlaşdırılmış balans artırılması xidmətinin tətbiqi abunəçilərin vaxtına qənaət etməsinə imkan yaradır, onların işini asanlaşdırır. Artıq abunəçilərin daim balansı izləməsinə, balansın tükənməsi və istifadə imkanın aşılması üzündən xəttin bağlanması kimi məqamlar üçün narahat olmasına lüzum qalmır.

Avtomatik ödəniş xidməti aktivləşdirib müvafiq meyarlardan birini seçməklə Azercell Fakturasız Xətt abunəçisi nömrəsinin daim işlək olmasından əmin olacaq.

Müştəri məmnuniyyətini öz işinin əsas prinsipi hesab edən Azercell gündəlik həyatı rahatlaşdıran rəqəmsal xidmətlərin çeşidini artırmağı qarşısına məqsəd qoyub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

18-03-2019

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

“Asan İmza” indi “Azercell” tətbiqində!

24-11-2025

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Abunəçilərin nəzərinə: 8 ölkədə internet-rominq

10-01-2018

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər

26-07-2021

Azercell-dən xüsusi “OPPO” kampaniyası!

18-03-2026

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Bu yaz Xiaomi smartfonu əldə et Azercell-dən hədiyyə qazan

03-05-2019

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

02-06-2025

Azercell “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verir

01-02-2023

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

Azercell mobil ödəmə xidmətini istifadəyə verir

08-01-2020

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə