Previous Next
Bağla

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

02-06-2025 22:02
Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.

Xeberler.az bildirir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.

Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə tarif daxilində verilmiş və istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.

Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.

Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.

Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell": Danışıq tarifləri dəyişilməyəcək

04-06-2025

Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019

Azercell-dən limitsiz internet

02-03-2016

Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

03-06-2015

GəncOl tarifində daha bir yenilik

01-02-2016

Azercell fakturalı xətt sisteminə dəyişiklik edib

19-07-2019

Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

03-06-2025

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022

Dünyanın məşhur oyunları Azercell-in yeni portalında

09-09-2016

SimSim abunəçiləri üçün 40 faizlik endirim

03-02-2016

Azercell-dən yenilik

09-12-2015

Nar korporativ tarif planlarını daha sərfəli etdi

11-06-2018

Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

07-05-2025

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015

Azercell ilə əsl rahatlığı hiss edin

03-06-2019

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016

Yenilənmiş Sərbəst tarifləri ilə daha əlçatan ünsiyyət!

05-02-2021

"Azercell" "SuperSən" tarif paketlərini yeniləyir

05-03-2026

Yeni “SuperSən” tarifində daha çox internet, ölkədaxili zəng və daha çox seçim imkanı!

07-03-2024

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

“Azercell” şərtləri sərtləşdirir: Bu tarif paketləri yenilənmədikdə 8 qəpik tutulacaq

27-12-2022

19 manata Samsung J1 Ace qazanmaq imkanı

17-03-2016

Azercell 10 AZN-ə 15 dəq rominq xidməti təklif edir

22-05-2015

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

29-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə