“Azercell” Hindistan və Kambocanın mobil operatorları ilə rouminq sazişi imzalayıb

19-01-2009 / 16:11

“Azercell Telekom” MMC ilə Hindistanın “Vodafone Essar East Ltd” və Kambocanın “Applifone-Starcell” operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Xatırladaq ki, bu, Hindistan ilə sayca iyirmi üçüncü, Kamboca ilə isə üçüncü  rouminq müqaviləsidir.  “Azercell” abonentləri hazırda Hindistanın “Hutchison Essar Limited (Orange)”, “Hutchison Essar Mobile Services (Hutchison Essar Telecom)”, “BPL Mobile Comunication (Mumbai)”, “BPL Mobile Cellular (Kerala)”,  “BPL Mobile Cellular(Tamil Nadu)”, “Bharti Airtel Chennai”,  “Bharti Airtel Kolkatta”,   “Bharti Airtel Tamilnad”,  “Bharti Airtel UP West”,  “Bharti Airtel Maharashtra”,  “Bharti Airtel Rajasthan”,  “Bharti Airtel Andhra Pradesh”,  “Bharti Airtel Kerala”,  “Bharti Airtel Gujarat”,  “Bharti Airtel Punjab”,  “Bharti Airtel Madhya Pradesh”,  “Bharti Airtel Mumbai”,  “Bharti Airtel Karnataka”,  “Bharti Airtel Haryana”,  “Bharti Airtel Himachal Pradesh BSNL (Bharat Sanchar Nigam Ltd )” və Kambocanın “Telekom Malaysia International (Cambodia) TMIC” və  “Cambodia Shinawatra Co, Ltd” operatorlarının  xidmətindən yararlanırlar.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 146 ölkənin mobil rabitə operatorları ilə 371  rouminq sazişi bağlayıb.


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə