Previous Next
Bağla

"Azercell" ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

03-05-2021 10:03
"Azercell" ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı http://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək.

İlk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq. Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq.

“Azercell” bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Festival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə “Azercell”in brendi ilə onlayn köşk yerləşdiriləcək və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq.

Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə “iPhone SE” smartfonunu hədiyyə edəcək.

İlk onlayn qadın festivalına qoşulmaq üçün http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın “Facebook” https://www.facebook.com/events/197724505153756 və “İnstaqram”dakı https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə “Dijital Qadın Festivalı” keçiriləcək

08-04-2021

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan

14-12-2019

Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

18-02-2020

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025

Azercell qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

01-05-2026

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi

05-05-2026

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024

Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

15-05-2026

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

03-04-2024

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

19-02-2019

"Azercell" müəllimlərə dəstək olub

28-04-2020

iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında

26-11-2020

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

Azercell “Bakı Marafonu 2026”-nın eksklüziv tərəfdaşıdır

25-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə