Previous Next
Bağla

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026 12:31
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Gender bərabərliyinin təşviqi və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyən Azercell bu dəfə “VarYox” incəsənət və mədəniyyət platformasının təşkilatçılığı ilə həyata keçirilən “Her Art in Action” festivalının tərəfdaşı qismində çıxış edir. Festival Azərbaycanda qadın rəssamlar üçün təhlükəsiz və inklüziv yaradıcılıq mühiti formalaşdırmaq, incəsənət və mədəniyyət sektorunda bərabər imkanların yaradılmasına töhfə vermək məqsədi daşıyır.

Layihənin açılışı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan “Mənzərəyə açılan ev” adlı sərgi ilə başlayıb.

Açılış mərasimində tərəfdaş qurumların nümayəndələri, diplomatik korpusun üzvləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin qadınların inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib: “Qadınların ictimai həyatın müxtəlif sahələrində fəal iştirakı cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azercell uzun illərdir qadınların təhsilinə, peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Əminəm ki, “Her Art in Action” layihəsi qadınların yaradıcı potensialının üzə çıxarılması ilə yanaşı, milli mədəni dəyərlərimizin təbliğinə və beynəlxalq müstəvidə tanınmasına mühüm töhfə verəcək.”

Artıq üçüncü dəfə təşkil olunan “Her Art in Action” festivalı qadın rəssamların yaradıcılığının təşviqi və regionlararası mədəni əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq təşəbbüs kimi çıxış edir. Festival çərçivəsində beynəlxalq rəssamların da iştirak etməsi tədbiri fikir və təcrübə mübadiləsi üçün dinamik platformaya çevirir.

Belə ki, sərgidə Azərbaycanla yanaşı müxtəlif ölkələri təmsil edən 27 yerli və xarici rəssamın əsərləri ziyarətçilərə təqdim olunub.

Qeyd edək ki, təşəbbüs “Azercell Telekom” MMC-nin, PAŞA Holding-in, Niderland Krallığının və İspaniya Krallığının Azərbaycandakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir.

“Her Art in Action” festivalı haqqında ətraflı məlumatla https://herartinaction.com/ saytında tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

10-03-2025
“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir

25-04-2025
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026
Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

18-05-2023
Azercell qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

Azercell qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

01-05-2026
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025
Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023
Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026
 Bakcell sahibkarlıq sərgisinə dəstək olub

Bakcell sahibkarlıq sərgisinə dəstək olub

10-03-2018
Azercell-in dəstəklədiyi layihə qadınların bilik və bacarıqlarının inkişafına töhfə verir

Azercell-in dəstəklədiyi layihə qadınların bilik və bacarıqlarının inkişafına töhfə verir

15-01-2025
Azercell şəkili qadın sahibkarları dəstəkləyir

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025
“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

“Azercell” qadınlara dəstək verən təşəbbüslərini davam etdirir

03-12-2025
AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub   

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025
"Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşıb (VİDEO)

"Her Improvement" layihəsinin növbəti mərhələsi yekunlaşıb (VİDEO)

27-04-2023
Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018
Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

18-02-2020
Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

15-04-2026
Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

Bakıda beynəlxalq teatr festivalı keçiriləcək

02-11-2018
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22-05-2019
Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019
Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

Azercell Telekom idmançı qadınların simasında bütün xanımları təbrik edib

06-03-2020
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

17-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə