Previous Next
Bağla

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021 17:08
"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvlərinə dəstək olaraq yeni sosial təşəbbüsə start verildi.

Xeberler.az bildirir ki, “Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və  öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək.

Qeyd edək ki, təlimlər onlayn şəkildə həyata keçiriləcək.  Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihə çərçivəsində gənclərə peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək.  Layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru Azercell təmin edəcək.  Belə ki, iştirakçılara Azercell tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmCham-a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib.

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib.  Böyük amallar uğrunda canını fəda edən  hərbçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin  balacaların öz qəhrəman ataları haqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda şirkətin əməkdaşlarından ibarət “Azercell Könüllüləri” də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daima yüksək tutan Azercell şirkəti bundan sonra da hünərlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022

Qazilər və şəhid övladlarının fərdi inkişafına dəstək məqsədilə yeni layihəyə start verilir

09-09-2021

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

27-04-2021

Azercell “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə keçirib

01-06-2021

NRYTN birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirib

20-09-2021

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

"Nar" Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə edib

19-03-2022

Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib

11-09-2019

"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

30-05-2023

“Nar” Zəfər Gününə həsr olunmuş “Yaşa, Vətən!” kommunikasiyasına start verir

04-11-2021

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

01-06-2021

Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

16-09-2021

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

04-11-2022

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022

Son bir ildə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20-10-2021

Nazir Rəşad Nəbiyev Sabirabadda şəhid və qazi ailələrini ziyarət edib

08-04-2022

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

07-01-2025

“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

15-09-2020

Hesab.az və İNAYƏ xeyriyyə ictimai birliyinin “Gözünüz arxada qalmasın” aksiyası baş tutub

10-12-2020

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə