Previous Next
Bağla

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019 16:47
Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin təşəbbüsündə iştirak edib.

Xeberler.az bildirir ki, təşəbbüs çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və Bakcell şirkətinin əməkdaşlığı, “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub.  “Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq həssas qruplara aid uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bakcell nümayəndələri və ASAN könüllülərinin iştirakı ilə keçirilmiş xüsusi tədbirdə 284 nömrəli məktəbdə təhsil alan 25 şagirdə “Bakcell”dən məktəbli çantaları və digər məktəb ləvazimatları hədiyyə edilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların məktubları www.asanmektub.az saytına yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir.

Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir. Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərir. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021

ASAN-dan uşaqların arzularını gerçəkləşdirən yeni sayt

13-11-2015

“ASAN Məktub” 123 uşağın arzusunu reallaşdırdı

30-11-2015

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

ASAN Məktub layihəsinin 3 yaşı qeyd olunub

21-11-2018

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

ASAN Məktub-dan yeni aksiya

13-02-2016

ASAN məktub və GoldenPay-in növbəti xeyriyyə əməkdaşlığı baş tutub

11-02-2020

Hesab.az  Asan Məktubda uşaqların ehtiyaclarını qarşılayacaq

26-04-2019

“Bakcell” yeni layihəyə start verib

24-12-2010

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə