Previous Next
Bağla

“Azercell Könüllüləri” Yeni il münasibətilə iki yüzə yaxın uşağı sevindirib

30-12-2021 15:14
“Azercell Könüllüləri” Yeni il münasibətilə iki yüzə yaxın uşağı sevindirib

Fəaliyyətinin 25 illiyini qeyd etmiş “Azercell Telekom”-un yarandığı ilk illərdən əməkdaşları tərəfindən “Azercell Könüllüləri” adlı xeyriyyə təşəbbüslü böyük bir komanda formalaşdı. Ötən illərdə olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyirxah aksiyanı gerçəkləşdirib. Könüllülər “Yeni ilə könüllülərdən hədiyyələr ilə” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində xalqımıza qələbə sevincini yaşadan şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək onların övladlarını müxtəlif hədiyyələrlə sevindiriblər. 

Qeyd edək ki, kampaniya haqqında "Azercell Könüllüləri"-nin sosial şəbəkə hesablarında öncədən məlumat verilib və təxminən bir ay ərzində təşəbbüsə qoşulan tərəfdaş şirkət və fərdi şəxslərin dəstəyilə həssas qrupa aid uşaqlar üçün hədiyyələr hazırlanıb.

“Yeni ilə könüllülərdən hədiyyələr ilə” aksiyası Azərbaycanın bir çox bölgəsini əhatə edib. Könüllülər paytaxtla yanaşı, Sumqayıt, Xocasən, Xırdalan, Saray ərazilərində yaşayan şəhid və qazi ailələrinə baş çəkiblər, Gəncə, Bərdə, Füzuli, Oğuz, Şamaxı, Lənkəran, Şirvan, Sabirabad, Mingəçevir, Qəbələ, Şəki, Goranboy və Naftalanda yaşayan uşaqları da unutmayıblar.

Ümumilikdə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid 200-ə yaxın uşağa bayram sovqatı paylanılıb. 

Xatırladaq ki, ötən illərdə də bayram münasibətilə könüllülər tərəfindən oxşar kampaniyalar həyata keçirilib. Uzun müddətdir ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirən "Azercell Könüllüləri" bu aksiyalara dəstək verən tərəfdaş şirkət və sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir, növbəti təşəbbüslərdə də hər kəsi həmrəy olmağa çağırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell" Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

28-12-2022

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

30-12-2025

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

07-01-2025

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

11-07-2023

“Azercell Könüllüləri” bayram günlərində xeyriyyə təşəbbüsü həyata keçirib

02-04-2025

Son bir ildə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20-10-2021

“Azercell Könüllüləri” xeyriyyə təşəbbüsü həyata keçiriblər

26-05-2026

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

22-05-2020

“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi

29-12-2020

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Azercell Qarabağ qazilərinin xidmətində!

18-03-2022

Azercell Könüllüləri xeyriyyə yarmarkası təşkil edib

19-03-2026

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020

Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

09-05-2020

Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıb

29-12-2015

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

15-08-2024

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell-in Rəqəmsal Dünyası bölgələrdə

29-07-2019

Azərbaycanda Qurban bayramı qeyd olunur

27-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə