“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023 / 10:26

“Azercell Telecom” MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Xeberler.az şirkətin maliyyə hesabatlarına istinadən məlumat verir ki, 2022-ci ildə “Azercell Telecom”un xalis mənfəəti əvvəlki illə müqayisədə 6.3% artaraq 128 milyon 839 min manat təşkil edib. Şirkət 2021-ci ildə 121 milyon 175 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 8.1% artaraq 531 milyon 822 min manata, əməliyyat mənfəəti isə 14.1% artaraq 169 milyon 294 min manata yüksəlib. Ötən il şirkət 42 milyon 567 min manat mənfəət vergisi ödəyib.

2022-ci ildə “Azercell”in cəmi aktivləri 12.1% və ya 110 milyon 121 min manat artaraq 1 milyard 20.1 milyon manat, cəmi öhdəlikləri isə 3.3% və ya 6 milyon 363 min manat azalaraq 187 milyon 385 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “Azercell”in cəmi aktivləri 832 milyon 797 min manat olub ki, bu da illik müqayisədə 16.3% çoxdur.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə