Previous Next
Bağla

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025 17:17
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2024-cü ili 3,01 milyon manat xalis zərərlə başa vurub. Halbuki, agentlik 2023-cü ildən 7,652 milyon manat zərərlə çıxmışdı.

Xeberler.az məlumat verir ki, ötən il İRİA-nın gəlirləri 74,047 milyon manat (əvvəlki ilə nisbətən 2 dəfə çox), əməliyyat xərcləri 58,372 milyon manat (64,8 % çox), ümumi və inzibati xərcləri 15,208 milyon manat (72,2 % çox), ehtimal olunan kredit zərərləri üçün ehtiyat xərci 61 min manat (18,7 % az), qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə xərci 276 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 3,14 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə İRİA-nın aktivləri 72,509 milyon manat olub ki, bu da illik müqayisədə 19,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 31,8 % artaraq 55,73 milyon manata çatıb, balans kapitalı isə 8,3 % azalaraq 16,78 milyon manata düşüb.

İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023

"Azərkosmos"un mənfəəti kəskin azalıb

18-04-2023

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

23-02-2024

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020

Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

14-05-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24-04-2026

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

09-01-2025

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

Azərmarka-nın zərəri 20 dəfə artıb

03-01-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

20-05-2023

İnnovasiyalar Agentliyi fəaliyyətinin ilk ilində zərərlə işləyib

22-02-2021

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018

Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023

"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

11-05-2023

“Azərpoçt”un xalis mənfəəti açıqlanıb

25-01-2024

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə