Previous Next
Bağla

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022 11:37
Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

Azərbaycanın texnoloji məşhsul və xidməğtlərin satışı ilə məşğul olan «ATL TECH» MMC şirkətinin satışları ötən il kəskin azalıb.

Xeberler.az bildirir ki, 2020-ci ildə şirkətin satışları və əməliyyat gəliri 6,2 milyon manato olduğu halda 2021-ci ildə bu göstərici 29%-ə yaxın azalaraq 4,4 milyon manata enib. Şirkətin cəmi gəlirləri isə 6,4 milyon manatdan təqribən 4,5 milyon manata düşüb. 

Bu vəziyyətdə «ATL TECH» MMC xərclərini azaltmalı olub, eləcə də satılan malların dəyərini azaldıb. Ötən il şirktədə yalnız əmək haqları artıb – əmək haqqı fondu təqribən 56% artaraq 782 min manatdan 1 milyon 218 min manata yüksəlib. 

Əvəzində  «ATL TECH» MMC-nin satdhığı mallar kəskin ucuzlaşıb. 2020-ci ildə şirkətin satdığı malların dəyəri 4 milyon 67 min manat olmuşdusa, 2021-ci ildə bu göstərici 2,2 dəfə azalaraq 1 milyon 817 min manata enib. 

Digər qənaətləri də nəzərə aldıqda, 2021-ci ildə şirkəti ümumi xərcləri mənfəətə çıxacaq həddə gətirilib – 4 milyon 98 min manat. 2020-ci ildə isə «ATL TECH» MMC-nin cəmi xərcləri 5 milyon 964 min manat olmuşdu. 

Nəticədə «ATL TECH» MMC 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ili demək olar ki, eyni məbləğdə  - 369 min manat ümumi mənfəətlə tamamlayıb. Vergi ödənişlərini çıxdıqdan sonra şirkətin illik xalis mənfəəti 295 min manat olub. 2020-ci ildə isə xalis mənfəət 297 min manat olmuşdu. 

2020-ci illə müqayisədə «ATL TECH» MMC-nin aktivləri də azalıb – şirkət «kiçilib» - hesabatdan aydın olur ki, 2020-ci ilin sonunda şirkətin aktivləri 2,7 milyon manat olduğu halda, 2021-ci ilin sonunda bu göstərici 2,2 milyon manata enib – 18% azalma. Azalmanın əsas səbəbi şirkətdə pul vəsaitlərinin aşağı düşməsidir – hesablaşma hesabındakə vəsaitlər 3 dəfə azalaraq 373 min manatdan 123 min manata enib valyuta hesabındakı vəsaitlər isə 400 min manatdan 3 min manata enib. 

Gəlirlərin və mənfəətin azalmasına baxmayaraq şirkət dividend ödənişindən imtina etməyib, üstəlik dividendin məbləği xalis mənfəətdən artıq olub. 2020-ci ildə şirkət 333 min manat, 2021-ci ildə isə 438 min manat dividend ödənişi elvan edib. 

Bu səbəbdən şirkətin kapitalı da təqribən 2 dəfə azalaraq 412 min manatdan 213 min manata enib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022

Azərmarka-nın zərəri 20 dəfə artıb

03-01-2019

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025

Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

14-05-2019

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023

"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

11-05-2023

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018

Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

23-02-2024

"Azərkosmos"un mənfəəti kəskin azalıb

18-04-2023

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb

20-05-2023

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

09-01-2025

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə