Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq ”Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Şirkətdən xeberler.az-a verilən məlumata əsasən keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin fevral və mart aylarının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki fevral ayında “Azercell Telekom” MMC 13 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Fevral ayında istifadəyə verilən stansiyalardan 10-u Bakının, digərləri isə Masallı, Quba və Şəki rayonlarının ərazisində quraşdırılıb.
Mart ayında isə 30 yeni stansiya istifadəyə verilib. Stansiyalardan 6-sı Bakının, 6-sı Abşeronun, 2-si Göyçayın, 2-si Saatlının, 2-si Şəkinin, 2-si Beyləqanın, digərləri isə Ağdaş, Biləsuvar, Salyan, Gəncə, Yevlax, Ağdam, Sabirabad, Kürdəmir, Qusar və Xaçmaz rayonlarınını ərazisində quraşdırılıb.
Ümumilikdə aprel ayının əvvəlinə “Azercell”-in 1576 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 12 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.
Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri