Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti “ITU Telecom World 2009” ümumdünya forumunda iştirak edib.
Şirkətin baş ofisindən verilən məlumata görə, dörd ildən bir keçirilən bu nüfuzlu tədbirdə “Azercell” şirkəti Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib. “ITU Telecom World 2009” ümumdünya forumu çərçivəsində keçirilən sərgidə Azərbaycanı təmsil edən özəl qurumlar arasında “Azercell Telekom” şirkəti ölkə üçün ayrılmış stenddə “SimKredit”, “PayCell”, “MobilBanking”, “DataKart” kimi xidmətlərini nümayiş etdirib.
Tədbir çərçivəsində “Azercell Telecom” və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərgi iştirakçıları üçün “Azərbaycan gecəsi” adlanan maraqlı mərasim keçiriblər. Bu mərasimdə qonaqlar Azərbaycan milli musiqisini dinləmək, həmçinin milli mətbəxin nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. “Azercell Telekom”un təşəbbüsü ilə dünyanın hər yerindən gələn qonaqlara Azərbaycana dair xatirə hədiyyələri də təqdim edilib.
“ITU Telecom World” forumu informasiya-kommunikasiya texnologiyaları kimi qlobal bir sektor üçün misli görünməmiş tədbir hesab olunur. Builki tədbirdə müasir informasiya cəmiyyətinin üzləşdiyi problemlər müzakirə olunub. “Açıq şəbəkələr-birləşmiş ağıllar” şüarı altında baş tutan tədbirdə İKT-nin sosial dəyişikliklərə təsiri, həmçinin iqlim dəyişikliyi, bədbəxt hadisələr zamanı insanlara yardım göstərilməsində İKT-nin rolunun gücləndirilməsi barədə diskussiyalar aparılıb. Korporativ məsuliyyəti nümayiş etdirən bu toplantının 3 minə yaxın iştirakçısı olub.
Xatırladaq ki, oktyabrın 5-dən 9-dək Cenevrədə (İsveçrə) keçirilən “ITU Telecom World 2009” ümumdünya forumunda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Heyətin tərkibi dövlət orqanlarının nümayəndələri ilə yanaşı, poçt sektoru, internet provayder və digər İKT sahəsində çalışan şirkətlərin nümayəndələrindən ibarət olub. Ümumilikdə sərgidə dünyanın 40-a yaxın ölkəsindən 700 şirkətin nümayəndəsi öz nailiyyətlərini nümayiş etdirib. Ərazisi 41 min kv. metri əhatə edən pavilyonlarda sərgilənən məhsulları dünyanın 140 ölkəsindən 45 minə yaxın insan seyr edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri