Previous Next
Bağla

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019 10:19
Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC informasiya kommunikasiya texnologiyaları sahəsində ilin ən mühüm hadisələrindən biri sayılan “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında iştirak edir.

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sərgi İKT sahəsində innovasiyaların daha sürətli tətbiqi üçün mövcud imkanları nümayiş etdirir. Sərgidə ölkəmizin Milli Pavilyonu təşkil edilib. Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla birlikdə Azercell şirkəti də ölkəmizi təmsil edir. Burada Azercell sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, 4G şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də, biznes qurumlar və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: Əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom” World 2019 beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək üçün hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

“ITU Telecom World 2019” sərgisində dünyanın müxtəlif ölkələrinin və regionlarının təqdim etdiyi İKT texnologiyaları, layihələri və məhsulları ilə tanış olmaq mümkündür. Bu sərgidə İT sahəsinin innovativ inkişaf təşəbbüsləri nümayiş etdirilir, tərəfdaşlıq və investisiya imkanları təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

“Azercell Telekom” İKT üzrə ümumdünya forumunda iştirak edib

13-10-2009

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Azercell TİBO-2019 beynəlxalq sərgi-forumuna qatılıb

12-04-2019

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

14-07-2009

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009

Azercell ITU Telecom 2015 sərgisində iştirak edir

14-10-2015

“ITU Telecom World 2016” davam edir-Fotolar

15-11-2016

Azərbaycan ITU Telecom World 2009-da iştirak edir

05-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə