Previous Next
Bağla

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019 10:11
ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

Xeberler.az bildirir ki,Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün işinə başlayıb.

Telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilir. Tədbirin rəsmi açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao çıxış edib.

Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycan Milli Pavilyonla iştirak edir. Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur. Bu gün pavilyonlara VİP tur
keçirilib.

Azərbaycan 2009-cu ildən etibarən davamlı olaraq ITU Telecom World sərgilərində
Milli Pavilyon ilə təmsil olunur.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

Azərbaycan startapları Budapeştdə təqdim olunacaq

00-00-0000

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

14-07-2009

Azərbaycan “ITU TELECOM World 2009” konfransında iştirak edəcək

13-08-2009

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019

Macarıstanın Baş naziri Azərbaycan nümayəndələri ilə görüşdü

13-10-2015

“Azercell Telekom” İKT üzrə ümumdünya forumunda iştirak edib

13-10-2009

“ITU Telecom World 2016” davam edir-Fotolar

15-11-2016

Azərbaycan Cenevrədə “Transmilli Super İnformasiya Magistralının” təqdimatını keçirib

07-10-2009

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə