Previous Next
Bağla

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017 18:10
Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi ITU Telecom World 2017 beynəlxalq sərgi-konfransı keçirilir.

Üzv ölkələrin müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin, sahibkarların, elm adamlarının, tənzimləyici orqanların nümayəndələrinin qatıldığı  tədbir sahə üzrə ən yeni texnologiya və xidmətlərin, innovativ həllərin, startap layihələrinin təqdimatı və müzakirəsi baxımından əhəmiyyətli tədbir hesab olunur.

Konfrans-sərginin açılış mərasimində BTİ-nin baş katibi Houlin Zao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo çıxış ediblər. Koreya Respublikasının Prezidenti Mun Ce İnin iştirakçılara video müraciəti nümayiş  etdirilib.

Xeberler.az bildirir ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətləri, startaplar təmsil olunurlar.

Sərgi-konfransın işində ümumilikdə 52 ölkənin nazir və nazir müavinləri iştirak edir.

ITU Telecom World-2017 beynəlxalq sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq ITU Telecom World sərgilərində milli pavilyon ilə təmsil olunur. Bu il Azərbaycan Avropadan və Regional Rabitə Birliyində təmsil olunan ölkələrdən sərgidə milli pavilyon ilə təmsil olunan yeganə ölkədir. 

Rəsmi açılış mərasimindən sonra BTİ-nin baş katibi Houlin Zao, Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri You Youn-Min, Busan şəhərinin meri Suh Byun-soo, tədbirdə iştirak edın nümayəndə heyətlərinin başçıları VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar. Onlara ölkəmizdə İKT sektorunda həyata keçirilən layihələr, startaplar, mobil operatorların ən yeni xidmətləri, Yüksək Texnologiyalar Parkının fəaliyyəti, “Elektron hökumət” portalı və s. barədə məlumat verilib.

İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan ITU Telecom World 2017 fəaliyyətini sentyabrın 28-dək davam etdirəcək.

Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək. Bundan əlavə, ölkə təmsilçilərimizin nazirlər toplantısında çıxışı, ikitərəfli görüşləri planlaşdırılır. Üç gün ərzində sərgini 20 min insanın ziyarət etməsi gözlənilir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur- Yenilənib

14-11-2016

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb

14-09-2018

“ITU Telecom World 2016” davam edir-Fotolar

15-11-2016

Bakcell beynəlxalq sərgidə iştirak edir

27-09-2017

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb

12-09-2019

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2009” sərgi və forumunda bir sıra ikitərəfli görüşlər keçirib

13-10-2009

Macarıstanın Baş naziri Azərbaycan nümayəndələri ilə görüşdü

13-10-2015

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019

Beynəlxalq sərgi-forumda ölkəmizin İKT sahəsindəki yenilikləri təqdim olunur

09-04-2019

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016

Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2014” sərgisində

08-12-2014

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015

“Azercell Telekom” İKT üzrə ümumdünya forumunda iştirak edib

13-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə