8-10 dekabrda Londonda I-ci Azərbaycan İnvestisiya Sammiti keçirilib. Adam Smit İnstitutunun təşkil etdiyi və rəsmi Bakının dəstəyi ilə baş tutan bu tədbirin əsas məqsədi Azərbaycan ilə beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir.
Üç gün müddətində bu konfransda plenar iclaslar və tematik sessiyalar keçirilib, həmçinin investorlarla görüş və diskussiyalar təşkil olunub. Sammitdə Azərbaycanın iqtisadiyyat sferasının nazirləri, nazir müavinləri və digər rəhbər şəxsləri iştirak edib. Həmçinin, ölkənin özəl sektorunda aparıcı şirkətlərin nümayəndə heyətləri də London sammitinə dəvət alıb, orada iştirak ediblər.
Azərbaycan iqtisadiyyatına həsr olunan istənilən tədbirdə olduğu kimi, bu mötəbər sammitdə də “Azercell Telekom” MMC iştirak edib. Şirkətin IKT şöbəsinin müdiri Orxan Buday 3 gün davam edən konfransda Azərbaycan, ölkədəki iqtisadi mühit, qeyri-neft sektorunun lideri kimi “Azercell”in fəaliyyəti barədə geniş təqdimatla çıxış edib və şirkətin “uğur hekayəsi” haqqında iştirakçıları məlumatlandırıb. Sammit iştirakçıları 1996-cı ildə fəaliyyətə başlayan “Azercell”in indiyə qədər gördüyü işlər, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə məlumat alıblar. Eyni zamanda, şirkətin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr, gətirdiyi texnoloji yeniliklər, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri barədə də açıqlama verib. Cənab Buday “Azercell Telekom”-un Azərbaycanın biznes sahəsinin uğur etalonu olduğunu vurğulayıb və bu nümunəviliyini qorumaqda daimi çalışacağını bildirib.
Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri ilə əlaqə yaratmaq, həm də hökumətin yüksək vəzifəli rəsmiləri ilə diskussiya aparmağa imkan yaradan bu sammitdə tanınmış ekspertlər və peşəkarların 50-dən artıq çıxışı baş tutub.
Konfransda “Azərbaycanı sərmayədarlar üçün cəlbedici edən nədir?” sualı ətrafında diskussiya aparılıb, hansı sahənin ən böyük investisiya potensialına malik olduğu təhlil edilib. Həmçinin Azərbaycanın inkişaf edən iqtisadi sektorları - kənd təsərrüfatı və yeyinti sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti və daşınmaz əmlak və digər sahələrdə biznes və sərmayə imkanları təhlil edilib. Sammit dekabrın 10-da işini yekunlaşdırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri