Previous Next
Bağla

“Azercell”-in prezidenti Ali Ağan Azərbaycanı “Leqatum” Mərkəzinin illik konfransında təmsil edib

06-11-2010 08:52
“Azercell”-in prezidenti Ali Ağan Azərbaycanı “Leqatum” Mərkəzinin illik konfransında təmsil edib

Konfrans ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutunda baş tutub

28-29 oktyabr 2010-cu il tarixlərində dünya şöhrətli Massaçusets Texnologiya İnstitutundakı Media Laboratoriyasında “Leqatum” Mərkəzinin illik konfransı baş tutub. Konfrans dünyanın müxtəlif ölkələrindən sahibkarları, sərmayədarları, qeyri-kommersiya təşkilatları nümayəndələri və rəsmiləri bir araya gətirib. Konfransın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə sahibkarlığın təşviqi və bu sahənin inkişafına dəstəkdir.

İllik konfrans ilk öncə “Leqatum” Mərkəzinin yaradıcısı və tanınmış professor İqbal Quadirin məzurəsi ilə başlayıb, daha sonra isə nüfuzlu iş adamları və sərmayədarların çıxış və müzakirələri ilə davam edib. Məruzəçilər sırasında Azərbaycanı ölkəmizin aparıcı telekommunikasiya şirkəti olan Azercell Telekom MMC-nin prezidenti Ali Ağan təmsil edib və konfrans iştirakçıları qarşısında çıxış edib.

Öz çıxışında Ali Ağan Azərbaycanın telekommunikasiya sektoru, onun inkişaf dinamikası və nailiyyətləri haqqında söhbət açıb. Eyni zamanda, cənab Ağan müasir telekommunikasiya texnologiyalarının ölkəmizin sosial həyatına olan təsiri, ətraf mühit və ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətli töhfəsindən bəhs edib. Bununla bərabər, Ali Ağan qeyd etmişdir: “İKT sahəsi insanların həyatında çox mühüm rol oynamaqla, onların həyat tərzini dəyişdirə biləcək gücə malikdir. Belə ki, məhz bu sahənin dəstəyi və köməyi ilə regionlarda yaşayan insanların öz bizneslərini qurmağa şəraiti olur. Azərbaycan Höküməti İKT və telekom sahəsini neftdən sonra ən prioritet istiqamət elan etmişdir. Bu seçim ölkəmizdə bu sahənin inkişafı üçün böyük təkan olmuşdur. Azercell də öz növbəsində əhalimizin 99,8% faizini əhatə etməklə onlara yüksək keyfiyyətli mobil rabitəyə ilə təmin etməyə davam edir və bizneslərinin qurulmasında vasitəçi kimi çıxış etməkdən qürur duyur”.

Konfransın panel görüşlərində inkişaf etməkdə olan ölkə bazarlarına sərmayə qoyulması, səhiyyə, mobil, incəsənət və enerji texnologiyaları sahəsində irəliləyişə nail olmaq; inkişafda özəl sektorun rolu və s. bu kimi mövzular müzakirəyə çıxarılıb. Toplantının sonunda “Leqatum” Mərkəzi məzunlarının, həmçinin “Seed Qrant” mükafatçılarının təqdimatları olub. Toplantıya ümumilikdə 350-yə yaxın iştirakçı qatılıb. İndiyə qədər keçirilən konfranslarda 50-dən artıq natiq çıxış etmişdir.

“Leqatum” Mərkəzi artıq 2 ildir ki, özünün illik konfranslarını keçirir. Bu toplantılar az inkişaf etmiş ölkələrə yenilik gətirən müəssisələrin fəaliyyətinin gücləndirilməsində maraqlı olan dairələrin görüş yerinə çevrilib. Konfrans təşkilatçıları ümid edirlər ki, görüşlər nəticəsində yaradılan hərəkat inkişaf edən dünyada rifahın təminatı və yoxsulluğun azaldılması işinə yardım göstərəcək.

“Leqatum” Mərkəzi haqqında

“Leqatum” Mərkəzi Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərir. Bu qurum 2007-ci ildə İnkişaf və Sahibkarlıq naminə qlobal sərmayə məsələlərini araşdıran “Leqatum” təşkilatı və İqbal Quadir tərəfindən təsis edilib. Mərkəz hərtərəfli inkişafı təşviq edən və inkişaf istiqamətlərini müəyyənləşdirən proqramları idarə edir. “Leqatum” Mərkəzi təcrübəli iş adamlarının köməyilə yeni işə başlayan sahibkarlara kömək edir, onların potensialını yüksəltməyə çalışır. Bu məqsədlə “Leqatum” Mərkəzi Qrant proqramını həyata keçirir.

Bundan əlavə, “Leqatum” Mərkəzi hər il az inkişaf edən ölkələrdə perspektivli müəssisələri yaratmaq üçün tələbə qruplarını yaradır. İndiyə qədər ümumilikdə 20-yə yaxın ölkədə işləmək üçün 34 komandaya Leqatum “Seed Qrantları” ayrılıb. “Leqatum” Mərkəzi həmçinin biznesin inkişafı, formalaşan bazarlarda sahibkarlıq, sərmayə imkanları və dəyişikliyə səbəb olan yeniliklərə həsr olunmuş mühazirələr də təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell”-in prezidenti “Telecoms World Russia & CIS 2009” konfransında çıxış edəcək

26-02-2009

“Azercell”in və Türkiyənin prezidentləri bir arada

10-12-2010

Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009

“Azercell”in prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

12-01-2011

GSMA Mobile World Congress-də “Azercell” də iştirak edir

18-02-2009

“Azercell” təmsilçisi Londonda Azərbaycan İnvestisiya Sammitində çıxış edib

11-12-2009

“Azercell” 2010-cu ilin hesabatını verdi

10-02-2011

“Azercell” ikinci dəfə jurnalistlər üçün ingilis dili təlimlərinə start verib

06-03-2009

“Azercell” keyfiyyətə görə “İnternational Star” mükafatını alıb

10-11-2010

Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009

Azercell Gəncədə Telefon Mərkəzi açdı

26-12-2009

«Azercell» ötən ilin yekunlarına dair mətbuat konfarnsı keçirib

27-04-2009

Azercell şirkəti 4G ilə bağlı sınaq şəbəkəsini yaratdı

02-12-2011

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

“BakuTel-2009” sərgisinə hazırlıq işləri davam edir

23-10-2009

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

10-04-2013

“Azercell Telekom” və Avrasiya Əməkdaşlıq Fondu Korporativ Sosial Məsuliyyətə dair seminarı

22-06-2009

Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010

“Azercell Telekom” 2009-cu ildə işçi qüvvəsini artıracaq

28-04-2009

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

Bakıda İKT-nin inkişafında gənclərin roluna həsr olunmuş konfrans öz işinə başlayıb

02-11-2009

“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsi başlayıb

24-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə