Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər
Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir.
Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqi ilə inteqrasiyas nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur.
Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir.
Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri