Previous Next
Bağla

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020 21:29
Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

Abunəçilər 200-dən artıq ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləyə biləcəklər

Xeberler.az bildirir ki, Azercell Telekom yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanalarını abunəçilərinə təqdim edir. Bu tətbiq Azercell istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir.

İndi Azercell abunəçiləri NNTV tətbiqi ilə daha çox - 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.

Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunəlik təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/ internet
səhifəsində tanış olmaq mümkündür.

Dünyada baş verən məlum vəziyyətlə bağlı özünün və cəmiyyətin sağlığı naminə hər kəsin evdə qalmağı tövsiyə olunur. Bunu nəzərə alaraq, Azercell şirkəti bütün istifadəçilərinə zamanlarını səmərəli və maraqlı keçirə bilmələri üçün davamlı olaraq müxtəlif kampaniyalar və xidmətlər təklif edir. Belə ki, Azercell abunəçilərinin Zvuk aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı vardır. Həmçinin, eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur xarici dil öyrənmə mobil tətbiqi Busuu 24 mart–30 aprel tarixlərində aylıq paketi 50% endirimlə Azercell abunəçilərinin ixtiyarına verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019

Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

29-08-2020

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

03-06-2020

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021

Azercell ilə sevilən filmləri izləmək artıq daha asandır

08-10-2019

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

12-09-2018

Xarici dilləri Azercell-lə öyrən

07-02-2020

"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

13-02-2022

Azercell-in tarif paketinə qoşulan abunəçilərə endirim imkanı

19-11-2015

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020

Gənc OL abunəçiləri üçün endirim kampaniyaları

29-12-2015

Gənc OL ilə 55 məkanda 50 faizə qədər endirim

07-03-2016

Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50 faizə qədər endirim

19-04-2016

Azercell-in Gənc OL tarifi yenilənib

18-09-2015

Azercell-dən 4G MiFi kampaniyası

03-08-2019

GəncOl tarifində daha bir yenilik

01-02-2016

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell Busuu məşhur dil öyrənmə tətbiqinə Yeni il kampaniyası başladı

27-12-2022

19 manata Samsung J1 Ace qazanmaq imkanı

17-03-2016

"Azercell"in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin

06-10-2021

Azercell-dən Novruz hədiyyəsi

15-03-2019

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə