Previous Next
Bağla

Azerfon "Bakutel 2010" sərgisində təqdim etdiyi məhsulları nümayiş etdirib

25-11-2010 01:37
Azerfon "Bakutel 2010" sərgisində təqdim etdiyi məhsulları nümayiş etdirib

\"Azerfon\" MMC \"BakuTel 2010\" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün \"3G texnologiyaları: imkanlar və üstünlüklər\" mövzusunda seminar keçirib.

\"Azerfon\" MMC-nin korporativ ünsiyyət direktoru Elşad Fərzəliyev jurnalistlərin telekommunikasiya sahəsində maariflənməsi üçün Azerfon tərəfindən keçirilən seminarları artıq ənənə halını aldığını qeyd edib. Onun sözlərinə görə, belə seminarlar jurnalistləri telekommunikasiya bazarında mövcüd xidmətlər haqqında geniş məlumat almağa və onların peşə fəaliyyətini daha müvəffəqiyyətlə davam etdirməyə imkan yaradır. Fərzəliyev qeyd edib ki, Azerfon gələcəkdə də jurnalistlər üçün seminarları davam etdirəcək.

Seminarda jurnalistləri salamyalan \"Azerfon\" MMC-nin baş direktoru Yurgen Pits Azerfon-un fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, Azerfon hazırda mobil rabitə bazarının 20%-ni tutmağa müvəffəq olub və 1,7 milyonadək abonentə xidmət göstərir. Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir. 2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafone və Nar Mobile brendləri tərəfindən Azərbaycan bazarında təqdim olunub.

Pits 2010-cü ildə Azərbaycanın mobil rabitə bazarında təqdim olunmuş 3G kamera, 3G Mobile TV, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar haqqında da danışıb.

Seminarda Azerfon-un mütəxəssisləri jurnalistlərə şirkətin bazarda təqdim etdiyi texnologiyaları nümayiş etdiriblər.

Azerfon-Vodafone-un məhsulların inkişafı üzrə meneceri Həsən Əsgərov Azerfon-Vodafone ticarət markası altında 3G texnologiyasının dəstəklədiyi məhsullar və bazarda olan xidmətlər haqqında ətraflı məlumat verib.

Nar Mobile-ın məhsulların inkişafı üzrə meneceri İlqar İbrahimli Nar Mobile abunəçiləri üçün təqdim olunmuş 3G texnologiyalı xidmətlər və avadanlıqlar haqqında jurnalistləri məlumatlandırıb.

3G Mobile TV xidməti yüksək sürətli 3G texnologiyası vasitəsilə dəstəkləyən mobil telefon istiafadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.

3G+ müşahidə kamerası qeyri-adi dizayn, və üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ müşahidə kamerasına birbaşa videozəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif internet xidmətlərindən istifadə etmək imkanları yaranıb. Genişzolaqlı mobil internet bağlantısı vasitəsilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılıb.

3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən SİM-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə edilmək imkanları yaradılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerfon 3G yeniklərini nümayiş etdirəcək

22-11-2010

Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

25-11-2010

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25-11-2010

Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010

«Azerfon-Vodafone» keçirdiyi müsabiqənin qaliblərinə hədiyyə verib

08-11-2010

Azərbaycanlı Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin qaliblərini elan olundu

10-11-2010

Azerfon BakuTel 2009 sərgisində 3G texnologiyasını nümayiş etdirəcək

03-11-2009

Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu

14-02-2011

Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir

23-09-2010

«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009

Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi

17-12-2009

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

Azerfon yeni loqotipini təqdim edir

04-11-2009

Ölkədə ilk operatorlar arası MMS xidmətinə start verildi

01-04-2010

«Azerfon» şirkəti yeni kampaniyaya start verib

04-09-2010

Azerfon şəbəkəsinin əhatə dairəsini genişləndirir

30-07-2009

Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzi fəaliyyətə başladı

09-06-2010

“Nar Mobile” “Bakı Taksi” MMC ilə əməkdaşlıq edəcək

14-10-2014

“Azerfon” 3G texnologiyasının tətbiqinə 20 mln. dollara qədər investisiya qoyub

02-12-2009

“Nar Mobile” nömrəsi alan hər bir yeni abunəçi mobil telefon əldə etmək üçün real imkan qazanacaq.

24-11-2010

Azerfon Azərbaycanda 3G şəbəkəsinin istifadəyə verilməsi barədə tədbir keçirib

16-12-2009

Azerfon yeni Baş Direktorun təyinatını elan etdi

11-11-2010

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01-12-2009

«Azərfon» şirkəti gələn il rouminq tariflərini endirəcək

24-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə