“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

23-09-2020 / 11:20

“Azərkosmos” ASC qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.

Xeberler.az bildirir ki, “Azərkosmos”dan məlumat verilib.

Məlumata görə, “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.

“ViewMedia”’ şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanılmasını həyata keçirir.

“Viewmedia” şirkətinin yüksək texnoloji yerüstü yayım şəbəkələri müştərilərimiz üçün  “Azerspace-1” peykinin resurslarının səmərəli istifadəsini təmin edəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Bu əməkdaşlıq bizə xüsusilə Afrika regionunda milyonlarla izləyicimizə baxımlı kanalların fasiləsiz olaraq çatdırılmasına imkan yaradacaq”, – deyə “Viewmedia” şirkətinin kommersiya direktrou Safiya Rana bildirib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.