Previous Next
Bağla

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019 12:01
Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

“Azerspace-1” peykinin 30-dan çox ölkədə daimi müştərisi var. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı ödəmək üçün yüksək texniki imkanlar yaradır. Hazırada “Azerspace-1” üzərindən 60-dan çox televiziya və radio kanalları yayımlanır.

Xeberler.az  bildirir ki, “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

“Azerspace-1” ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidə peyki, ötən il isə ikinci telekommunikasiya peyki olan “Azerspace-2” orbitə buraxılıb. “Azerspace-2” peyki “Azerspace-1”in orbitdəki ehtiyatıdır.

“Azerspace-2” peyki bu aydan kommersiya fəaliyyətinə başlayıb. “Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərir.

Cari ildə “Azerspace-2”nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Dəyəri 190 milyon dollar olan bu peykin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi nəzərdə tutulur. “Azerspace-2” peykinin orbitdə fəaliyyət ömrü minimum 20 ildir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan “Azerspace-1” peyki “Azərkosmos” tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki Kuru kosmodromundan uğurla orbitə buraxılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019

Azerspace-2 adlanan poçt bloku dövriyyəyə buraxılıb

04-02-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

“Azərkosmos”a səfər

11-10-2018

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə