Previous Next
Bağla

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022 17:24
Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

Bakı, 27 aprel, 2022 – Azərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən “Signalhorn” “Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan olan müştərilərinə xidmət göstərəcək.

Xeberler.az məlumat verir ki, Azərkosmos və “Signalhorn” “iDirect” peyk rabitə platformasından istifadə etməklə Afrikada humanitar yönümlü layihələrdə genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təqdim edəcək.

“Siqnalhorn” ilə əməkdaşlığımız Afrika regionundakı mövqeyimizi daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllərimiz yeni layihələrə yol açacaq”, – deyə Azərkosmosun baş kommersiya direktoru Mark Qusriye bildirib.

“Yeni müqavilə iki şirkət arasındakı davamlı əməkdaşlığı təmin edəcək və Afrikada “Azerspace-1” peykindən istifadə edənlərin sayı artmış olacaq. Biz tərəfdaşımız Azərkosmosla birgə xidmətimizin etibarlılığına tam əminik”, – deyə “Signalhorn”un baş kommersiya direktoru Nigel Gibson qeyd edib.

Qeyd edək ki, “Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə malikdir.

 Azərkosmos haqqında

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020
Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021
“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020
Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018
Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021
Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015
Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019
“Azərkosmos”a səfər

“Azərkosmos”a səfər

11-10-2018
“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021
“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020
Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021
Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018
“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015
“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020
Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018
Parisdə Azərkosmos-un təqdimatı keçirilib

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019
Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022
“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014
Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018
“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020
Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022
“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020
Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022
Peykimizdən  yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

Peykimizdən yayımlanan kanallar siyahısına yeni kanal daxil olub

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə