“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat olub

28-01-2021 / 16:04

“Azərkosmos” ASC-nin, yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub.

Xeberler.az bildirir ki, səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib.

O, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə