Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi çərçivəsində tender elan edib.
Tender komissiyasından APA-ya verilən məlumata görə, tender çərçivəsində “Azərpoçt” üçün qoşulma avadanlıqlarının, o cümlədən Radio Bridge, Optik multipleksor, HDSL Modem, ADSL Modem, Secure Broadband Router, 24 Port Switch, Converter (E1 IR-ETH/E1 IR-IP), G.shdsl modem - Bridge/Router, Media Converter, 8 Port Fast Ehthernet Switch-HUB, Radio Bridge quraşdırılması üzrə xidmətlərin satınalmasını nəzərdə tutur.
Tenderdə iştirak haqqı 500 manat təşkil edir. İddiaçıların tender təklifləri noyabrın 6-dək təqdim edilməlidir. Tender proseduru həmin gün saat 16.00-da keçiriləcək. Bütün təkliflərin 10 min dollar məbləğində tender təminatı olmalıdır.
Əlavə məlumat üçün “Azərpoçt” MMC-nin +994 12 493 56 00 (daxili 160) telefon nömrəsinə, [email protected], [email protected] elektron ünvana müraciət etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri