Previous Next
Bağla

Azərpoçt MMC abituriyentlərə müraciət edib

27-08-2015 10:59
Azərpoçt MMC abituriyentlərə müraciət edib

Azərpoçt MMC xarici dövlətlərin nüfuzlu universitetlərində təhsil almaq istəyən abituriyentlərə müraciət edib.

Xəbərlər-in verdiyi məlumata görə, müraciətə səbəb xarici ölkələrdəki təhsil müəssisələrinə sənəd göndərərkən onların ünvanlarının poçtun indeksi, yaşadığınız küçə, ev və mənzil nömrəsi dəqiq göstərilməməsidir.

Müəssisənin müraciətində deyilir: 

"Müraciət etdiyiniz təhsil müəssisələrindən Sizə cavab məktubu göndərilərkən Sizin və ya həmin müəssisələrin ünvanınızı dəqiq göstərməməsi səbəbindən daxil olan məktubları çatdırmaq mümkün olmur. Çünki bəzən zərflərin üzərində yalnız ad və soyad qeyd edilir ki, bir poçt şöbəsinin xidmət ərazisində onlarla eyni ad-familiyalı adamın olması da istisna deyil. Poçt şöbəsinə daxil olan bu cür göndərişlər abituriyentlər müraciət edənə qədər çatdırılmamış qalır. Bu kimi halların aradan qaldırılması, qəbul barədə operativ olaraq məlumatlandırılmanız üçün hər ehtimala qarşı yaşadığınız ünvanın aid olduğu poçt şöbəsi ilə mütəmadi əlaqə saxlamağınız tövsiyə olunur".

Azərpoçt MMC-nin baş direktor köməkçisi  Elşad Nurəliyev bu barədə açıqlama verərək bildirib ki, poçt göndərişlərinin ünvanı göndərici tərəfindən aşağıdakı ardıcıllıqla yazılmalıdır:

- ünvan sahibinin adı (fiziki şəxslər üçün - soyadı, adı, atasının adı);
 
- küçənin adı, evin və mənzilin nömrəsi;
 
- poçt indeksi;
 
- yaşayış məntəqəsinin adı (kənd, qəsəbə, şəhər və rayon);
 
- muxtar qurumun adı.
 
Ünvan sahibinin ünvanı zərflərin, paketlərin, poçt kartlarının və ya poçt göndərişlərinin üzlüyünün aşağı sağ tərəfində, göndəricinin ünvanı isə yuxarı sol tərəfdə yazılmalıdır.

E.Nurəliyev qeyd edib ki, təyinat şöbəsi göstərilməklə poçt göndərişləri "Tələb olunanadək" və ya "Abunə qutusu"na ünvanlana bilər. Bu halda təyinat məntəqəsi, alıcının ünvanı yerində "Tələb olunanadək" və ya "Abunə qutusu"na qeyd edilməlidir. Bu cür poçt göndərişlərinin çatdırılması poçt müəssisəsində həyata keçirilir. Belə ki, alıcı şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə "Tələb olunanadək" qeydli göndərişi qəbul edə bilər.

"Abunə qutusu"na ünvanlanan göndəriş isə alıcının özü tərəfindən abunə olduğu qutudan çıxarılmalıdır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

Azərpoçt beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırıb

16-03-2020

“Azərpoçt” daha 40 ölkədən poçt göndərişlərinin qəbulunu bərpa edib

20-05-2020

Yeni elektron xidmət yaradılıb

24-12-2014

"Azərpoçt" MMC "Extra" layihəsinə start verib

02-12-2021

Telefon nömrələrinin (Sim kartların) satış qaydaları sərtləşdirildi

07-06-2015

Azərpoçt bu xidmətləri ödənişsiz həyata keçirəcək

05-04-2019

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016

“Azərpoçt” daha 16 ölkəyə göndərişlərin qəbulunu bərpa edib

29-04-2020

"Azərsu"dan elekton xidmət

23-12-2014

Beynəlxalq poçt göndərişlərinin qəbulunda daha bir yenilik

15-05-2020

Bu elektron xidmət nəticəsində saxta diplomlardan istifadə birmənalı olaraq aradan qalxacaq

24-04-2015

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

5 qurum itirilmiş sənədlərin tapılmasına dəstək göstərəcək

14-03-2017

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026

“Azərpoçt” MMC bir neçə ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa etdi

14-04-2020

Xaricdə yaşayan azərbaycanlılar necə elektron müraciət edə bilər?

25-12-2015

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015

Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

01-05-2026

Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

06-05-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə