Previous Next
Bağla

“Azərpoçt” daha 40 ölkədən poçt göndərişlərinin qəbulunu bərpa edib

20-05-2020 15:17
“Azərpoçt” daha 40 ölkədən poçt göndərişlərinin qəbulunu bərpa edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb.
 
Belə ki, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.
 
Xeberler.az bildirir ki, hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.
 
Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
 
Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla “Azərpoçt” MMC 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” daha 16 ölkəyə göndərişlərin qəbulunu bərpa edib

29-04-2020

“Azərpoçt” MMC bir neçə ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa etdi

14-04-2020

Beynəlxalq poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb

31-05-2020

Azərpoçt beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırıb

16-03-2020

Beynəlxalq poçt göndərişlərinin qəbulunda daha bir yenilik

15-05-2020

“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

14-04-2021

“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

04-10-2021

Poçt göndərişlərini Azərpoçt-un saytı ilə izləyin

02-10-2015

Azərpoçt ötən il 10 mln.a yaxın məktubu ünvanına çatdırıb

30-01-2019

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

Amerikaya poçt göndərişlərinin müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb

20-11-2025

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı

15-01-2021

"Azərpoçt" MMC "Extra" layihəsinə start verib

02-12-2021

“Azərpoçt” MMC-in 1494 poçt şöbəsi fəaliyyətini bərpa edib

13-04-2020

Google Translate 37 dildə tərcümə təqdim edir

31-07-2015

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

09-04-2020

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017

“Azərpoçt” “Bakı Taksi Xidməti” ilə əməkdaşlığa başlayıb

03-12-2024

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir

01-10-2020

Yeni iPhone-lar bu ölkələrdə satışa çıxarıldı-Siyahı

22-09-2017

Facebook 17 ölkədə e-ticarət platforması istifadəyə verir

16-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə