Previous Next
Bağla

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016 10:48
Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi haqqında inzibati reqlament"i təsdiq edib.

Xeberler.az Komitəyə istinadən xəbər verir ki, bu elektron xidmət dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsini əhatə edir.

Elektron xidmət www.e-gov.az, http://scwra.gov.az/pages/35/ elektron ünvanlarında təqdim olunur. Elektron xidmətin göstərilməsi üçün elektron ərizədə fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və qeydiyyat nömrəsi, müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar əksini tapmalıdır. Ərizəyə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) əlyazması (istehsal edilməsinə razılığın alınması üçün) və ya nümunəvi nüsxəsi (idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın alınması üçün) əlavə edilir. Eyni zamanda ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti elektron formada təqdim olunur. Beləliklə, ərizəni formalaşdırdıqdan sonra tələb olunan sənədləri daxil edərək sorğu formalaşdırılır. Sorğu istifadəçinin www.e-gov.az, http://scwra.gov.az/pages/35/ internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna "Bildiriş" göndərilir. rizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. İmtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş" göndərilir.

Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş" göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir. Elektron xidmətin göstərilməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məsuliyyət daşıyır. Məsul şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəridir. Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş" göndərilir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici jurnalistlərin elektron akkreditasiya qaydası müəyyənləşib

10-06-2015

İki elektron xidmətin inzibati reqlamentində dəyişiklik olunub

12-11-2015

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

Nəzirlərin elektron ödənilməsi üçün qaydalar hazırlanır

28-03-2023

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

Portala yeni xidmət inteqrasiya edilib

13-12-2016

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Yeni elektron xidmət yaradılıb

24-12-2014

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

Xaricdə yaşayan azərbaycanlılar necə elektron müraciət edə bilər?

25-12-2015

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019

Fərdi sahibkarlara texnikanın idxalı üçün sənədin verilməsi qaydası təsdiqlənib

20-04-2016

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

“Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib

13-03-2009

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Dini qurumlar və müasir informasiya texnologiyaları mövzusunda konfrans keçirilib

18-07-2019

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması Qaydaları dəyişilib

19-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə