“AzInTelecom” MMC Qazaxıstanın paytaxtı Astanada keçirilən “Digital Bridge 2025” forumunda iştirak edib.
Xeberler.az bildirir ki, 3 gün davam edən forum ərazisində “AzInTelecom”a məxsus interaktiv stend qurulub, stenddə forum iştirakçılarına şirkətin rəqəmsal məhsul və xidmətləri barəsində ətraflı məlumat verilib.
“AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev panel diskussiyalarda çıxış edərək, süni intellektin bizneslərə təsirindən danışıb, şirkətin təqdim etdiyi xidmətlərin ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfələrdən söz açıb. O vurğulayıb ki, “bulud” və biometrik texnologiyada süni intellekt modellərinin tətbiqi hər iki sahənin innovasiyasına, bizneslərin və dövlət xidmətlərinin çevikliyinin artırılmasına şərait yaradacaq.
Tədbir zamanı “AzInTelecom”un nümayəndə heyəti bir sıra beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin “Microsoft”, “VK Tech”, Türkiyə Xidmət İxracatçıları Birliyinin rəhbər şəxsləri ilə görüşlər keçirilərək rəqəmsallaşma sahəsində fikir mübadiləsi aparılıb. Ümumilikdə forum Beynəlxalq Süni İntellekt Mərkəzinin açılışı, startap yarışmaları, panel müzakirələr, texnosərgilər, mükafatlandırma mərasimi və tematik müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, “AzInTelecom”un bu forumdakı iştirakı Azərbaycanın texnologiya sektorunun regional miqyasda tanıdılması və yeni tərəfdaşlıqların qurulmasına xidmət edir.
“AzInTelecom” haqqında
“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları