AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC daha iki beynəlxalq nüfuzlu sertifikasiya prosesini uğurla tamamlayıb.
Xeberler.az bildirir ki, ilk olaraq şirkətə məxsus Yevlax Ehtiyat Data Mərkəzi üçün ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatı (4.0.1 versiyası) əldə edilib.
Eyni zamanda ötən il Bakı Əsas Data Mərkəzi üçün əldə edilmiş sertifikat yenilənib. Sertifikatın əldə olunması məqsədilə səlahiyyətli şirkət tərəfindən ilkin qiymətləndirilmə aparılıb, daha sonra müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində data mərkəzinin maliyyə qurumlarına “bulud” xidmətləri göstərmə uyğunluğu beynəlxalq səviyyədə təsdiqlənib.
“AzInTelecom”un uğurla başa vurduğu ikinci sertifikasiya prosesi isə keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunluğunu və davamlı inkişaf öhdəliyini təsdiqləyən “Test Maturity Model Integration” (TMMi – Level 2) sertifikatının əldə edilməsi olub.
“TMMi” sertifikasiyası proqram təminatlarının sınaq proseslərinin peşəkarlığını qiymətləndirmək üçün beynəlxalq modeldir. Bu modelin tətbiqi şirkətlərə test proseslərini sistemləşdirməyə, riskləri azaltmağa və məhsulun ümumi keyfiyyətini artırmağa imkan yaradır.
Qeyd edək ki, “AzInTelecom” “PCI DSS” sertifikatının 4.0.1 versiyasını MDB məkanında, “TMMi” sertifikatını isə Azərbaycanda əldə edən ilk şirkətdir.
“AzInTelecom” haqqında
“AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə şirkət müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları