Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramında 20-yə yaxın ali təhsil müəssisəsindən 26 iştirakçı, 20 startap layihəsi, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Xeberler.az məlumat verir ki, “Bootcamp”da Azərbaycan Texniki Universitetini (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin mexatronika və robototexnika mühəndisliyi ixtisasının tələbələri İsmayıl Baba və Yağmur Məmmədov təmsil ediblər. İki gün davam edən proqram çərçivəsində süni intellekt və rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, aqrar startapların inkişafı və kommersiyalaşdırılması istiqamətində sessiyalar keçirilib. İştirakçılar, həmçinin “Amoris”, “METAK” və “İsmikhanli” təsərrüfatlarına infotur zamanı real aqrar istehsal prosesləri ilə tanış olublar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları