Previous Next
Bağla

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020 16:07
“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı  statusunu alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkətinin bulud xidmətləri sahəsində Gümüş Tərəfdaşı statusunu əldə edib.

Xeberler.az bildirir ki, bununla əlaqədar “AzInTelecom” və “Veeam Software” arasında keçirilmiş videokonfrans zamanı qarşılıqlı əməkdaşlığa dair məsələlər və tərəflərin uzunmüddətli fəaliyyət planları müzakirə olunub.

“Veeam Software”in Rusiya, MDB, Ukrayna və Gürcüstan üzrə regional direktoru Vladimir Klyavin çıxışında “AzInTelecom”un “Veeam” məhsulları sahəsində təcrübəsini müvəffəqiyyətlə nümayiş etdirdiyini bildirib.

“Biz əminik ki, şirkət müştərilərinə davamlı data mövcudluğu və “Cloud Data Management” təmin etmək üçün “Veeam” həllərini təqdim edəcək”, – deyə vurğulayıb.

“AzInTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev çıxışında qeyd edib: “Müştərilərimizin məlumatlarının harada yerləşməsindən asılı olmayaraq onların qorunmasının vacibliyini başa düşürük. “Veeam Backup” müştərilərə məlumatlarını asanlıqla və etibarlı şəkildə qorumağa imkan verən həllərdən biridir.

R.Əliyev əlavə edib ki, “Veeam” tərəfindən təqdim edilən AZCLOUD rezervlənmə xidməti yalnız məlumatları AZCLOUD-da yerləşdirilən müştərilər üçün deyil, həm də ən müasir özəl təyinatlı buluda sahib olanlar üçün məlumatların mühafizəsi proseslərinin həyata keçirilməsini sürətləndirir”.

Qeyd edək ki, “AzInTelecom” Veeam Bulud və Xidmət Təminatçısı proqramının Gümüş Tərəfdaşı olaraq müştərilərinə “Veeam” vasitəsilə etibarlı həllər, müəssisə səviyyəsində rezervlənmə xidmətləri təklif edir. Şirkət “Veeam ProPartner” şəbəkəsinə üzv olmaq üçün “Veeam” həlləri üzrə spesifik tələbləri uğurla yerinə yetirib. Bununla da “AzInTelecom” şəbəkənin üzvü olaraq fəaliyyətini genişləndirmək üçün abunə əsaslı İT xidmət modellərini inkişaf etdirmək imkanı qazanıb. Həmçinin “Veeam ProPartner” portalına, onun bütün məlumat və reklam təkliflərinə, eləcə də xüsusi təlimlərə, texniki dəstəyə keçid əldə edib.

Beləliklə, AZCLOUD bulud həllərinin müştəriləri öz bizneslərinin davamlılığını, məlumatlarının qorunmasını və fəaliyyətlərinin inkişafını təmin edə və rəqəmsal transformasiya imkanlarından yararlana biləcəklər.

Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik ilk data mərkəzi olan AZCLOUD brendi altında bulud xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

Veeam yenilənmiş nworks Connectors 4.0 versiyasını nümayiş etdirib

29-09-2008

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023

AzInTelecom əlverişli şərtlərlə bulud xidmətini təqdim edir

12-04-2019

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə