Previous Next
Bağla

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024 11:12
Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Azərbaycanda yaşıl texnologiyalara əsaslanan, karbonsuzlaşdırılmış materiallarla iki yeni data mərkəzi tikiləcək.

Xeberler.az məlumat verir ki, Data mərkəzləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında olacaq. Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki tikilidə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək.

Artıq hər iki data mərkəzinin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb.

“AzInTelecom”, eyni zamanda bu data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı da əldə edib.

Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək üçün ətraflı plan hazırlanıb. Bundan başqa tikinti zamanı toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq da prioritet məsələlərdəndir. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək üçün günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə kömək edəcək.

2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi özünə hədəf qoyub. Şirkət texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.

“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl şirkətə “bulud” xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azintelecom”un yeni data mərkəzlərinə  “Tier 3 Design” sertifikati verilib

“Azintelecom”un yeni data mərkəzlərinə “Tier 3 Design” sertifikati verilib

01-08-2024
AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

20-12-2024
“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020
Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

Data Mərkəz “TİER III” infrastruktur sertifikatı aldı

01-08-2022
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025
“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

27-12-2024
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

20-04-2024
Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024
“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb

06-02-2025
2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

09-10-2025
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021
Azərbaycanda daha iki Data mərkəz tikilir

Azərbaycanda daha iki Data mərkəz tikilir

20-09-2019
MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023
“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022
“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022
Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

28-01-2026
SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2025
“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

11-08-2022
“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

19-09-2022
AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024
Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə