Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi nəzərdə tutulur.
Xeberler.az məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması (Ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi), gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi, gəlmə turizmi məqsədilə elektron viza (sərhəddə viza daxil olmaqla) rejimi tətbiq edilən ölkələrin sayının artırılması, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi yer alıb.
Həmçinin turizm sənayesi subyektlərinin reyestrinin aparılması mexanizminin təkmilləşdirilməsi, turizm sənayesi subyektlərinin
təsnifatının təkmilləşdirilməsi Proqramın hədəfləri sırasındadır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları