Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyi “AzEuroTel” Birgə Müəssisəsi tərəfindən göstərilən bəzi xidmətləri dayandıracaq.
“Aztelekom”dan APA-ya verilən məlumata görə, bu qurumla “AzEuroTel” Birgə Müəssisəsi arasında mövcud arabağlantı müqaviləsinə əsasən, göstərilən rabitə xidmətlərinin dəyəri dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “AzEuroTel” tərəfindən ödənilmir. “AzEuroTel” fevralın 24-ü saat 12.00-a qədər ödəniş aparmasa, 492, 497, 437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətini dayandıracaq. Bu ATS-lərin istifadəçiləri yalnız öz aralarında bir-biriləri ilə danışa biləcəklər.
“Aztelekom”dan buna görə məsuliyyəti “AzEuroTel”in daşıdığını da söyləyiblər.
“AzEuroTel”dən isə məsələyə münasibət bildirmək istəməyiblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri