Previous Next
Bağla

«Aztelekom» İstehsalat Birliyi «AzEuroTel» şirkətini məhkəməyə verib

20-02-2009 14:39
«Aztelekom» İstehsalat Birliyi «AzEuroTel» şirkətini məhkəməyə verib

Bunu APA-ya açıqlamasında «AzEuroTel» Azərbaycan-Britaniya Birgə Müəssisəsinin texniki məsələlər üzrə baş direktor müavini Rizvan Səfərov bildirib.

R.Səfərovun sözlərinə görə, məhkəmə qərar verənə qədər «Aztelekom» tərəfindən 497, 492, 437 indeksli telefon stansiyalarına rabitə xidmətlərinin göstərilməsinin dayandırılması düzgün deyil. Şirkət rəsmi hesab edir ki, rabitə xidmətlərinin göstərilməsi dayandırılacağı təqdirdə «AZEuroTel»in bununla bağlı görəcəyi əlavə tədbirlərin nədən ibarət olacağı hələ müəyyənləşdirilməsə də, bu halda şirkət «Aztelekom» İstehsalat Birliyini məhkəməyə verə bilər.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «AzEuroTel»ə göstərilən bəzi xidmətlərin dayandırilacağını bildirib. «Aztelekom»dan qeyd ediblər ki, tərəflər arasında mövcud arabağlantı müqaviləsinə əsasən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, göstərilən rabitə xidmətlərinin dəyəri «AzEuroTel» tərəfindən ödənilmir. «AzEuroTel» fevralın 24-ü saat 12:00-dək ödəniş aparmasa, 492, 497, 437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətləri dayandırılacaq və bu ATS-lərin abunəçiləri yalnız öz aralarında bir-biriləri ilə danışa biləcəklər. «Aztelekom»dan buna görə məsuliyyəti «AzEuroTel»in daşıdığını vurğulayır.

R.Səfərov «AzEuroTel» tərəfindən «Aztelekom»a borcların səbəbsiz yaranmadığını söyləyib. Onun sözlərinə görə, «Aztelekom» müqavilənin öhdəliklərini yerinə yetirmədiyi, kanallara məhdudiyyət qoyduğu üçün borclar vaxtında ödənilməyib.

«Aztelekom» İB-nin texniki direktoru Zahir Vəliyev isə «AzEuroTel»in bu iddialarını düzgün saymır. O, APA-ya açıqlamasında bildirib ki, həm indiyə qədər, həm də hazırda da «Aztelekom» tərəfindən «AzEuroTel»ə çox normal trafik ötürülür. Z.Vəliyevin sözlərinə görə, kanallara məhdudiyyət qoyulsaydı, «AzEuroTel» adıçəkilən ATS-lərdə rabitə xidmətləri göstərə bilməzdi.

İB-nin şəhərlərarası və beynəlxalq rabitə şöbəsinin müdiri Həzrətqulu Məmmədov da APA-ya bildirib ki, «Aztelekom» respublika daxilində bütün operatorlara xidmət göstərir və onların heç birinə belə məhdudiyyət qoymayıb: «Bu məsələ kiminsə şəxsi kaprizindən yaranmayıb. Toplanılan borclar geri alınmalıdır. Yeganə tələb də budur ki, «Aztelekom»un göstərdiyi xidmətlərin haqları vaxtında ödənilsin. Bu borclar vaxtında ödənilməyəndə «Aztelekom»un da həll etmək istədiyi məsələlər uzanır».
Qeyd edək ki, APA-nın əldə etdiyi məlumata görə, artıq «Aztelekom» İB «AzEuroTel»in bu quruma olan külli miqdarda borcunun ödənilməsi iddiası ilə Bakı şəhər 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Martın 4-də bu iddia üzrə məhkəmə baxışı keçiriləcək.

Məlumat üçün bildirək ki, artıq dünən «Aztelekom» «AzEuroTel»ə borclarının ödənilməsi üçün növbəti dəfə xəbərdarlıq edib. Əgər şirkət «Aztelekom»a olan borcunu ödəməsə, fevralın 24-ü saat 12:00-dan «AzEuroTel»in operatoru olduğu 492,497, 437 indeksli ATS-lərdə rabitə xidmətlərinin göstərilməsi dayandırılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidmətini dayandıracaq

20-02-2009

“AzEuroTel” “Aztelekom”dan 4 milyon manat tələb edir

21-02-2009

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

AzEuroTelin BEYNƏLXALQ RABİTƏSİNİ KƏSDİLƏR

28-02-2009

Aztelekom - AzEuroTel anlaşılmazlığına son qoyulacaq

26-02-2009

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008

“AzEuroTel”də nə baş verir?

01-06-2011

“Aztelekom” İB yeni rabitə obyektləri istifadəyə verib

05-12-2008

Azərbaycanın daha bir rayonunda mərkəzi ATS yenidən qurulacaq

13-01-2009

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

Aztelekom internet qiymətlərini endirdi!!!

27-12-2008

“Aztelekom” ADSL tariflərinin endirimini planlaşdırır

25-05-2010

İmişli Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib

15-05-2009

“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

10-07-2021

AzEuroTel şirkətinin rəhbəri işdən çıxarıldı

07-06-2016

Aztelekom İstehsalat Birliyi respublikanın 35 kənd ATS-də optik-lif xətlərin çəkilişi üzrə işləri başa çatdırıb.

12-11-2010

Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015

Şok! Beynəlxalq Bank Rabitə və İnformasiya Nazirliyini məhkəməyə verdi

15-09-2010

Azərbaycan telekommunikasiya qovşaqlarının TAE magistralına qoşulması işləri başa çatmaq üzrədir

29-05-2009

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

“Aztelekom”un vəzifəli əməkdaşı işdən çıxarılıb

06-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə