Previous Next
Bağla

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009 15:58
Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

 “Azeurotel” Birgə Müəssisəsinin rəhbərliyi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini (RİTN) ittiham edən açıqlama ilə çıxış edib.

“Azeurotel”dən APA-ya göndərilən press-relizdə bildirilib ki, nazirliyin nümayəndələri bu gün növbəti dəfə «AzEuroTel» BM-nə məxsus Yerüstü peyk stansiyasının ərazisinə daxil olaraq, 30-dan çox banka və digər korporativ müştərilərə xidmət göstərən (SWIFT-ə qoşulma və məlumatların ötürülməsi xidmətləri) mövcud peyk kanallarını kəsiblər.

Nəticədə peyk stansiyasının fəaliyyəti dayandırılıb və «AzEuroTel» BM tərəfindən müştərilərə telekommunikasiya xidmətlərinin göstərilməsi mümkünsüz olub: “Bu da Azərbaycan bankları tərəfindən göstərilən beynəlxalq xidmətlərin kəsilməsinə səbəb olub. RİTN-in qeyri-qanuni hərəkətləri ilə nəinki banklara ciddi ziyan vurub, hətta onların beynəlxalq nüfuzuna xələl gətirib”.

«AzEuroTel» bu problemlərə görə öz müştərilərindən üzr istəyib və xidmətlərin göstərilməsinin ən qısa zamanda bərpa edilməsi üçün bütün mümkün işləri görəcəyini vəd edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev isə APA-ya açıqlamasında “Azeurotel”in yaydığı məlumatın həqiqətə uyğun olmadığını söyləyib: ““ Azeurotel”in “Aztelekom” üzərindən fəaliyyətdə olan bütün data, SWIFT və digər sistemləri normal qaydada fəaliyyət göstərir. Bu sistemlərə “Aztelekom” tərəfindən heç bir müdaxilə olmayıb”. APA

xeberler.az


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidmətini dayandıracaq

20-02-2009

«Aztelekom» İstehsalat Birliyi «AzEuroTel» şirkətini məhkəməyə verib

20-02-2009

“AzEuroTel” “Aztelekom”dan 4 milyon manat tələb edir

21-02-2009

AzEuroTelin BEYNƏLXALQ RABİTƏSİNİ KƏSDİLƏR

28-02-2009

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009

Aztelekom - AzEuroTel anlaşılmazlığına son qoyulacaq

26-02-2009

“AzEuroTel”də nə baş verir?

01-06-2011

AzEuroTel şirkətinin rəhbəri işdən çıxarıldı

07-06-2016

Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

10-07-2021

Nazir Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin əməkdaşlarını mükafatlandırıb

07-05-2021

“AzEuroTel” şirkəti İnternet qiymətlərini endirəcək

09-02-2009

Şok! Beynəlxalq Bank Rabitə və İnformasiya Nazirliyini məhkəməyə verdi

15-09-2010

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

Ekspert: Azeurotel-in indiyədək problemi tam aradan qaldıra bilməməsi yolverilməzdir

12-07-2021

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

Abşeron Telekommunikasiya Qovşağının gəlirlərinin həcmi 11% artıb

09-07-2010

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

18-04-2014

İmişli Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib

15-05-2009

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə