Previous Next
Bağla

Nazir Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin əməkdaşlarını mükafatlandırıb

07-05-2021 16:35
Nazir Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin əməkdaşlarını  mükafatlandırıb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin 25 illiyi münasibətilə şirkətin kollektivi ilə görüş keçirib.

Yubiley münasibəti ilə kollektivi təbrik edən nazir “AzEuroTel” şirkətinin fəaliyyətə başlamasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. “AzEuroTel” şirkətinin açılışı 1996-cı ilin 10 may tarixində ulu öndər Heydər Əliyevin iştirakı ilə baş tutub. O zaman yenidən qurulmuş ATS/92 və yeni tikilmiş ATS/97 Heydər Əliyevin Böyük Britaniyaya səfəri zamanı bağlanmış saziş əsasında ərsəyə gəlmişdi”.

Rəşad Nəbiyev bildirib ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İKT-nin inkişafı və hərtərəfli tətbiqini Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevirib.

“AzEuroTel” MMC-nin ölkədə kommersiya məqsədilə internet xidmətini təqdim edən ilk şirkətlərdən biri olduğunu vurğulayan nazir şirkətin bütün uğurlarının bünövrəsinin sağlam və peşəkar kollektiv tərəfindən yaradıldığını diqqətə çatdırıb. Rəşad Nəbiyev həm hazırda şirkətdə çalışan, həm də artıq ayrılan bütün əməkdaşları 25 illik yubiley münasibətilə təbrik edib. Nazir “AzEuroTel”i ölkənin sayılıb-seçilən şirkətlərindən birinə çevirdikləri üçün kollektivə minnətdarlığını ifadə edib.

Rəşad Nəbiyev şirkətin uğurlarında “AzEuroTel” MMC-nin rəhbərlərinin xüsusi rolu olduğunu qeyd edib. “Şadam ki, bu gün tədbirdə müxtəlif dövrləri təmsil edən iki rəhbər görürəm: şirkətin ilk rəhbəri – Nuru Əhmədovu, həm də “AzEuroTel”in hazırkı rəhbəri Hidayət Ağayevi. Nuru müəllimin “AzEuroTel”in ilk rəhbəri və peşəkar rabitəçi kimi həmin dövrdə tətbiq edilən yeniliklərin idarə edilməsində, təkmilləşdirilməsində rolu böyükdür. Hidayət müəllim “AzEuroTel”i bu gün irəli aparır. Onun rəhbərliyi altında “AzEuroTel” telekommunikasiya şirkəti olaraq yeni texnologiyalar üzərindən istifadəçilərə optik xidmətlərin göstərilməsi üzrə layihələr icra edir”.

Daha sonra nazir “AzEuroTel” MMC-nin 25 illiyi münasibətilə telekommunikasiya sahəsinin inkişafında xidmətlərinə görə şirkətdə yarandığı ilk ildən çalışan əməkdaşlara təşəkkürnamə təqdim edib.

Sonda iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzEuroTel şirkətinin rəhbəri işdən çıxarıldı

07-06-2016

“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidmətini dayandıracaq

20-02-2009

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009

«Aztelekom» İstehsalat Birliyi «AzEuroTel» şirkətini məhkəməyə verib

20-02-2009

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

“AzEuroTel”də nə baş verir?

01-06-2011

Aztelekom - AzEuroTel anlaşılmazlığına son qoyulacaq

26-02-2009

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

09-05-2019

“AzEuroTel” “Aztelekom”dan 4 milyon manat tələb edir

21-02-2009

AzEuroTelin BEYNƏLXALQ RABİTƏSİNİ KƏSDİLƏR

28-02-2009

“AzEuroTel” şirkəti İnternet qiymətlərini endirəcək

09-02-2009

Rəşad Nəbiyev RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

30-01-2026

Rəşad Nəbiyev qadınları təbrik edib

08-03-2021

“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

10-07-2021

Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşları mayın 20-də qəbul edəcək

17-05-2022

Nazir “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə görüşüb

30-07-2022

Nazir Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb

04-03-2021

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

“Baktelecom”da kadr dəyişikliyi olub

08-04-2021

Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

18-04-2014

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025

Nazir Rəşad Nəbiyev Sabirabadda şəhid və qazi ailələrini ziyarət edib

08-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə