Previous Next
Bağla

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026 11:26
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

İnnovasiya lideri Bakcell gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə Peerstack Academy tərəfindən Java və Python proqramlaşdırma dilləri üzrə “SummerStack Bootcamp” proqramı həyata keçiriləcək.

Üç ay müddətində davam edəcək bootcamp proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır. Proqram Java və Python proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. Bakcell-in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunacaq.

Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər. Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq.

Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

16-12-2025

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

16-09-2025

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09-12-2025

“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu

31-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə