Previous Next
Bağla

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026 13:47
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

İnnovasiya lideri Bakcell 21-ci əsrin proqramlaşdırma akademiyası olan Peerstack Academy ilə strateji tərəfdaşlığa başlayıb.

Xeberler.az bildirir ki, Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.

Peerstack Academy layihəyönümlü və praktiki yanaşmaya əsaslanan proqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır. Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasında yerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqların formalaşdırılmasına və beynəlxalq standartlara cavab verən texnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır.

Hazırda Peerstack Academy-də 100-dən çox aktiv tələbə təhsil alır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüd proqramı ilə əhatə olunması nəzərdə
tutulur.

Təlim çərçivəsində tələbələr Ruby, JavaScript, React, PostgreSQL və REST API kimi texnologiyalar üzrə praktiki təcrübə qazanır, proqramı uğurla tamamladıqdan sonra isə iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

17-04-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06-05-2025

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19-03-2025

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09-12-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

16-12-2025

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə