Previous Next
Bağla

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026 16:49
Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

İnnovasiya lideri Bakcell 23 aprel – Beynəlxalq İKT-də Qızlar Günü münasibətilə gənc qızların texnologiya sahəsinə marağını artırmağa yönəlmiş xüsusi tədbir təşkil edib.

Tədbir Bakcell və Peerstack Academy-nin birgə layihəsi olan “Tech Builders” çərçivəsində baş tutub.

Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək şirkətin süni intellekt və innovasiya istiqamətində həyata keçirdiyi təşəbbüslərdən, eləcə də gənclər üçün yaratdığı inkişaf imkanlarından bəhs edib. O bildirib ki, texnologiya sahəsində gender balansının gücləndirilməsi və qızların bu istiqamətdə aktiv iştirakının təşviqi Bakcell üçün prioritetlər sırasındadır.

Proqram çərçivəsində Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi ilə interaktiv müzakirə sessiyası keçirilib. Sessiyada texnologiyaların sürətlə dəyişən mühiti, müxtəlif sahələrə təsiri və karyera inkişafı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

İştirakçılar üçün süni intellekt, innovasiya və müasir texnologiyalar mövzusunda praktiki təlimlər təşkil olunub. Sessiyada süni intellekt trendləri, effektiv “prompt”ların hazırlanması prinsipləri və real tətbiq nümunələri izah edilərək iştirakçıların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları inkişaf etdirilib.

Bakcell-in tərə daşlığı ilə həyata keçirilən layihə çərçivəsində Peerstack Academy-də təhsil alan tələbələrin sayı artmaqdadır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üzrə 250 nəfərin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Tədris müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki biliklər qazanır, real layihələr üzərində işləyərək peşəkar portfoliolarını formalaşdırırlar.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026
⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025
Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

01-06-2026
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

16-09-2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025
Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025
“Bakcell” süni intellekt təlimi təşkil edib

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

22-11-2024
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

16-12-2025
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025
“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06-05-2025
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə