İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir.
Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür.
Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.
Sammitin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı mövzusunda geniş müzakirəsi nəzərdə tutulub.
"PAŞA Holding" tərəfindən 29-30 sentyabr tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün mərkəzi platformadır. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gəlir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları