Previous Next
Bağla

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

20-09-2021 15:52
Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

Bakcell şirkəti bu il də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə keçirilmiş təmizlik aksiyasına qoşulub.

Aksiyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

“Coca-Cola” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş bu aksiyanın əsas tərəfdaşları Bakcell, PAŞA Bank, “Carlsberg Azerbaijan” və “AzEcol” şirkətləri olub.

1000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı və Corat çimərliklərində keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6.5 ton tullantı toplanılıb. Aksiyanı dəstəkləyən qurumlar sırasında həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Nəqliyyat Agentliyi yer alıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.

Qeyd edək ki, Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

23-09-2020

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

07-10-2022

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

18-09-2018

Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

24-09-2019

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

23-09-2024

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018

Bakcell Karyera Sərgisində iştirak edib

05-03-2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

11-06-2018

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

12-06-2023

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021

Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

14-05-2016

Ekoloji mövzuda ən yaxşı məqalə yazan jurnalistlər mükafatlandırılıb

24-06-2009

Bakcell-dən gənclərə dair növbəti töhfə

13-03-2019

Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

11-06-2019

Bakcell innovasiyaları dəstəkləyir

14-12-2022

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə