Previous Next
Bağla

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

18-09-2018 13:51
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

Bakcell şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub. Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.

Xeberler.az  bildirir ki, Azərbaycanın artıq 9 ildir ki iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq Coca-Cola, Bakcell, PAŞA Bank şirkətləri və ASAN Könüllülük Məktəbi-nin Yaşıl ASAN təşəbbüsü çıxış ediblər, aksiyanın partnyorları sırasında isə ASAN Radio, Xəzər TV, AzEkol, AFFA, Baku Expo 2025, Alliance Asisst Group, Toyota Bakı Mərkəzi, Entreé kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

15 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar. Hər il çimərlik mövsümünün sonunda gənclərin, Bakcell və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

24-09-2019
"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

07-10-2022
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

23-09-2020
Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

20-09-2021
“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

23-09-2024
Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

11-06-2019
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024
Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018
Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019
Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018
Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017
Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

14-05-2016
Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018
ASAN xidmətdən yeni il üçün fərqli aksiya

ASAN xidmətdən yeni il üçün fərqli aksiya

10-12-2018
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021
Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018
Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

12-06-2023
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

13-12-2025
ASAN Məktub-dan yeni aksiya

ASAN Məktub-dan yeni aksiya

13-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə