Previous Next
Bağla

Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

24-09-2019 17:01
Bakcell-in dəstəyi ilə Xəzəri qoruyaq adlı ekoloji aksiya keçirilib

Xeberler.az məlumat verir ki, 21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülərin iştirakı ilə keçirilmiş “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.

“Coca-Cola”, Bakcell, “PAŞA Bank” şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.

“Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların bölgüsü belədir: 1815 kq qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.

“Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. “Bakcell” şirkəti qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır.“ deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: “Hər ötən il aksiyaya qatılan könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 “ASAN könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir. Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə düşən məsuliyyəti dərk etmiş olurlar.”

“Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunub.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara yaxın ərazisi 35ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu

18-09-2018
"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

07-10-2022
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

23-09-2020
“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

23-09-2024
Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

20-09-2021
Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

Aztelekom əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

11-06-2019
 Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

Azərbaycanlı gənclər terror əleyhinə elektron aksiya keçirir!!!

31-03-2009
ASAN xidmətdən yeni il üçün fərqli aksiya

ASAN xidmətdən yeni il üçün fərqli aksiya

10-12-2018
Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

Nazirliyin nümayəndələri “Yaşıl dağ” aksiyasında iştirak edib

14-05-2016
ASAN Məktub-dan yeni aksiya

ASAN Məktub-dan yeni aksiya

13-02-2016
ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

03-12-2015
“Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib

“Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib

28-04-2026
Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018
“Ecotracker” mobil tətbiqinin təqdimatı olub

“Ecotracker” mobil tətbiqinin təqdimatı olub

25-04-2025
 Mingəçevirdə Yer Saatı aksiyası keçirilib

Mingəçevirdə Yer Saatı aksiyası keçirilib

31-03-2019
Nar Mobile sosial yönümlü fəaliyyətini genişləndirir

Nar Mobile sosial yönümlü fəaliyyətini genişləndirir

27-10-2009
Sənədsiz məktəbli qalmayacaq- Aksiya

Sənədsiz məktəbli qalmayacaq- Aksiya

26-11-2015
Səyyar ASAN  ödənişsiz tibbi müayinə aksiyası keçirib

Səyyar ASAN ödənişsiz tibbi müayinə aksiyası keçirib

09-10-2017
Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

11-04-2016
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024
Aztelekom MMC-nin kollekti sosial aksiya həyata keçirib

Aztelekom MMC-nin kollekti sosial aksiya həyata keçirib

18-03-2019
“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

30-04-2025
Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə