Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə CİN abunəçiləri üçün möhtəşəm bayram hədiyyəsi hazırlayıb.
Şirkətdən “APA-ECONOMICS”ə verilən məlumata görə, martın 2-dən 15-nə qədər “Bakcell”in CİN abunəçiləri telefon danışıqları və SMS-lər üçün daha az ödəyərək daha çox ünsiyyətdə ola biləcəklər.
Bayram kampaniyası çərçivəsində CİN abunəçiləri cəmi 500 kontur müqabilində gündəlik 60 dəqiqə və ya bir saat şəbəkədaxili danışıq vaxtı əldə edə biləcəklər. Bu hədiyyə paketini təkcə özünün deyil, digər abunəçilərin də balansına yükləmək, xüsusi olaraq isə xanımlar üçün bayram hədiyyəsi etmək mümkündür. 60 dəqiqəlik danışıq vaxtı yalnız bir gün ərzində etibarlıdır və kampaniyaya qoşulduğu andan həmin gün gecə saat 00:00-a qədər istifadə oluna bilər. Bayram kampaniyası həmçinin abunəçilərə bir həftə müddətində beynəlxalq çıxış istisna olmaqla, bütün istiqamətlərdə istifadə üçün 50 SMS təklif edir. Bayram SMS paketinə abunə olmaq haqqı 250 konturdur.
Hazırda “Bakcell”in 25 dəqiqə şəbəkədaxili bonus kampaniyasında iştirak edən CİN abunəçiləri Beynəlxalq Qadınlar günü kampaniyası müddətində hər iki paketdən faydalanmaq imkanı əldə edəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri