Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətinin baş direktoru xanım İneke Botter vəzifəsində fəaliyyətini başa çatdırıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakcell-in Kommersiya Direktoru Krasimir Genovun sözlərinə görə, şirkətin fəaliyyətini idarə etmək məqsədilə Direktorlar Şurası tərəfindən müvəqqəti İdarəetmə Komitəsi yaradılıb. Bakcell həmçinin cənab Yığıt Berktaşın baş texniki direktor vəzifəsinə təyin edildiyini elan edib. Yiğit Berktaş telekommunikasiya sahəsində texniki əməliyyatların idarə olunması üzrə böyük təcrübəyə malikdir.
Qeyd edək ki, Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2.5 milyona çatıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri